Avropa İttifaqı (Aİ) Azərbaycanın Qarabağdakı anti-terror tədbirlərini pisləyib.
Ednews xəbər verir ki, bu barədə Cosep Borellin ittifaqın saytında yerləşdirilən bəyanatında qeyd olunub.
Gərginliyin səbəb olduğu itki və insan tələfatından təəssüflənir.
Sənəddə qeyd edilir ki, atəşkəs razılaşmasının əldə olunması ilə bağlı müvafiq açıqlamalar nəzərə alınıb.
Aİ indiki zamanda hərbi əməliyyatların dərhal və tam dayandırılmasını və atəşkəsə əməl olunmasını istəyir.
Təşkilat Azərbaycanı humanitar yardımın ehtiyacı olan əhaliyə təcili və maneəsiz çıxışına icazə verməyə çağırır.
“Humanitar fəaliyyət göstərən şəxslər sərbəst fəaliyyət göstərə bilməlidirlər. Aİ və onun üzv dövlətləri təcili humanitar yardım göstərməyə hazırdırlar. Biz Bakı və Qarabağ ermənilərini təcili olaraq hərtərəfli və şəffaf dialoqa çağırırıq”, – deyə bəyanatda bildirilir.
Bildirilir ki, mülki əhalinin hərbi və ya digər vasitələrlə məcburi köçkünləşməsi Aİ tərəfindən sərt reaksiya ilə qarşılanacaq.
“Aİ vəziyyətin daha da pisləşəcəyi təqdirdə müvafiq tədbirlər görməyə hazırdır. Biz həm Azərbaycanın, həm də Ermənistanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyimizi yenə bəyan edirik. Azərbaycanı 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq Ermənistanın ərazi bütövlüyünə birmənalı sadiqliyini təsdiq etməyə çağırırıq”, – bəyanatda bildirilir.
Əkbər