“Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirən nəqliyyat marşrutunun bərpası layihəsi nəzərdən keçirilir".
Ednews xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə deyib.
"Biz bu layihənin həyata keçirilməsində İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm irəliləyiş potensialı görürük. Və təbii ki, hər şey ölkələrin siyasi iradəsindən və konkret razılaşmaların əldə olunmasına hazır olmasından asılıdır”, - deyə o, qeyd edib.