Milli Məclisin deputatı Razi Nurullayevin “Facebook” hesabına məhdudiyyət qoyulub.
Ednews xəbər verir ki, bu barədə deputatın özü məlumat verib.
O, bildirib ki, çox böyük ehtimalla sosial şəbəkə rəhbərləri, yaxud onların tabe olduqları ölkə və ya qurumlar da bizim düşmənlərimizə işləyir:
“Facebook mənim hesabıma məhdudiyyət qoyub. Bir yandan ermənilər dayanmadan şikayət edir, digər tərəfdən isə öz içimizdə olan ermənilər məni dövlətçilik mövqeyi tutduğum üçün şikayət edir. Ermənilər aydındır, bəs içimizdəki "ermənilər" nə istəyir? Onlar istəyir ki, mən də Qarabağda qazandığımız zəfərdə əyir-əskiklik axtarım, Prezident İlham Əliyevin xidmətlərini deməyim. Bəs dövlətçilik, bəs haqq-ədalət?
Necə olur ki, dövlət rəhbərindən, deputatlardan, nazirlərdən tutmuş digər vəzifəli və ictimai çəkili insanlara qarşı ən ağır təhqirlər illərlə sosial şəbəkələrdə qalır, paylaşılır, şikayət edilsə də silinmir və ya hesab bağlanmır? Niyə?
Belə çıxır ki, sosial şəbəkə rəhbərləri, yaxud onların tabe olduqları ölkə və ya qurumlar da bizim düşmənlərimizə işləyir? Demək ki, onlar da göstərişlə oturub-dururlar. Dünyada demokratiya deyilən bir şey yoxdur, haqq-ədalət, beynəlxalq hüquq hamısı boş şeylərdir. Sadəcə maraqlar var, vəssalam!”, - deyə Razi Nurullayev əlavə edib.
Əkbər