İsrailin Azərbaycandakı səfirliyi ölkəmizdəki israillilərə müraciət edib.
Ednews xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, oktyabrın 13-də İsrailə uçuşlar həyata keçiriləcək.
Səfirlikdən qeyd edilib ki, ən qısa zamanda uçuşun detalları ilə bağlı məlumat İsrail Hava Yollarının saytına yerləşdiriləcək və sərnişinlər bilet ala biləcəklər.
Qeyd edək ki, İsraildə yaranmış fövqəladə vəziyyətlə əlaqədar bu ölkəyə uçuşlar təxirə salınıb.