Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tehranda “3+3” platformasının XİN rəhbərlərinin iclasında bəyanatla çıxış edib.
Ednews xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkə hesablarında məlumat yayıb.
Nazir bəyanatında region ölkələri arasında praqmatik, nəticəyönümlü və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın zəruri olduğunu vurğulayıb.