“Zəfər günü dəyərlərimizə verilən qiymətin sübutudur” - Səbuhi Məmmədov yazır

Siyasət 10:26 05.11.2023

8 noyabrda Azərbaycan xalqı  öz tarixinin ən möhtəşəm və şanlı gününü–Zəfər gününü qeyd edir. Bu tarixi günə aparan yol Vətən müharibəsindən başladı. Cəmi 44 günə qət edilən Zəfər yolu dünya hərb tarixinə misli bərabəri olmayan ilk savaş kimi iri hərflərlə yazıldı. 

Ednews bu münasibətlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən Regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu Səbuhi Məmmədovun məqaləsini təqdim edir:

“XX əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və 90-cı illərin əvvəllərində Azərbaycanda hökm sürən siyasi qeyri-sabitlik və hərc mərclikdən istifadə edən Ermənistan ölkəmizə qarşı işğalçı niyyətini realizə etməyə başlamışdır. Həmin dövrdə torpaqlarımızın 20%-i işğal olundu və Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurdundan didərgin düşdü. Yalnız Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra atəşkəsə nail olundu və cəbhə xəttində aktiv hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırıldı. Bundan sonra Azərbaycan işğal olunmuş ərazilərinin sülh danışıqları yolu ilə qaytarılmasına çalışdı lakin, 30 ilə yaxın davam edən danışıqlar prosesi effektiv nəticə vermədi. Buna Ermənistan höküməti və ona dəstək olan ermənipərəst qüvvələrin destruktiv mövqeyi mane olurdu. Atəşkəsin ermənilər tərəfindən tez tez pozulması, daha sonra 2016-cı ildə baş verən aprel döyüşləri və 2019-cu ildən etibarən Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar məsələnin sülh danışıqları yolu ilə həll olunmayacağının mesajını verdi. Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdə qanunsuz mövcudluğunun regionda sülh və təhlükəsizlik üçün təhdid olduğunu və hər zaman vəziyyətin gərginləşməsinə səbəb ola biləcəyini Azərbaycan tərəfi dəfələrlə bəyan etsə də, Ermənistanın mövqeyində heç bir dəyişiklik müşahidə olunmadı. Son olaraq 2020-ci ildə baş verən hadisələr nəinki danışıqların mümkün olmayacağını, hətta Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi. Belə olan təqdirdə müharibə qaçılmaz idi.

Ermənistanın işğalçı siyasətinə və təxribatlarına cavab olaraq 27 sentyabrda Azərbaycan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, torpaqlarımızın işğaldan azad olunması, Ermənistanın sülhə məcbur edilməsi uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. Başda Prezident, Ali Baş Komandan İlham Əliyev olmaqla hər kəsin bu müqəddəs amal uğrundakı mübarizəsi torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi. Azərbaycan xalqının əzmi və iradəsi, uzun illərdir aparılan ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər idi. Cəbhədə gedən döyüşlərlə bərabər, beynəlxalq arenada media mübarizəsi olmasaydı, qələbə qazanmaq çətin görünürdü. Hadisələri və haqlı mövqeyimizi beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırılması böyük əhəmiyyət kəsb edirdi. Cənab Prezident İlham Əliyevin siyasi iradəsi, onun duruşu və qətiyyəti ermənipərəst qüvvələri yerində oturtdu. Təsadüfi deyildi ki, dünyaca məhşur media mənsublarının İlham Əliyevlə apardığı müsahibələrdə erməni mövqeyini dəstəkləyən və hiyləli suallar verilirdi. Lakin bütün bunlara rəğmən verilən cavablar qəti və haqlı mövqeyimizi dəstəkləyirdi. Bütün bunlar müharibədən və beynəlxalq arenadan qalib dövlət kimi ayrılmağımızda önəmli faktor oldu.

Bununla yanaş bu müharibədə Azərbaycan xalqı böyük itkilər verdi. Minlərlə şəhid, on minlərlə qazimizin canı və qanı bahasına torpaqlarımızı azad etdik. Təbii ki, bunlar qaçılmaz idi. Ancaq, 44 gün davam edəcək bu şərəfli müharibənin sonunda bizləri Azərbaycan tarixində qızıl hərflə yazılacaq 8 noyabr – Zəfər günü gözləyirdi. Bu, xalqımızın uzun illərdir səbrsizliklə gözlədiyi bir zəfər idi. Və budur…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alındı.

8 noyabr... Bu gün Zəfər günüdür. Bu gün, Azərbaycan dövlətinin öz ərazi bütövlüyünün bərpasını rəsmiləşdirdiyi, Azərbaycan xalqının öz tarixi torpaqlarına qayıtmasını təmin edən gündür. Bu gün, şərəfli mübarizənin və möhtəşəm qələbənin qeyd olunduğu tarix və gələcək zəfərlərin simvolu oldu. Bu gün, tariximizə və dəyərlərimizə verilən qiymətin sübutudur. Bu gün, gələcək nəsillər üçün mirasdır.

Bu günün - Zəfər bayramımızın Xankəndində qeyd etməyimizin bizlər üçün ayrı bir hiss olduğunu da qeyd etməliyəm. Növbəti Zəfərimizi Zəngəzurda qeyd etmək diləyi ilə...”

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı