NATO-nun baş katibi Mark Rutte Hollandiyanın Haaqa şəhərində keçirilən NATO Sammiti çərçivəsində Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen ilə birgə forumda çıxış edib.
“EDnews” xəbər verir ki, o bildirib ki, NATO ölkələri müdafiə istehsalında Rusiyadan geri qalmamalıdır. Ruttenin sözlərinə görə, Avropa Birliyi ölkələri Türkiyə kimi NATO müttəfiqləri ilə əməkdaşlıq etmələridir. Rutte bəyan edib ki, NATO-nun hərbi üstünlüyü intensiv silahlanan, Çin texnologiyası ilə dəstəklənən, İran və Şimali Koreya silahları ilə təchiz edilən Rusiya tərəfindən aqressiv şəkildə təhdid edilir.