ABŞ-ın respublikaçı konqresmeni Baddi Karter prezident Donald Trampı Nobel Sülh Mükafatına təqdim edib. Tramp bu xəbərin screenshot-unu Truth Social hesabında paylaşaraq təşəbbüsü alqışlayıb.
“EDnews” xəbər verir ki, Karterin sözlərinə görə, Tramp bu mükafata “İsraillə İran arasında silahlı qarşıdurmanın qarşısını almaq və dünyanın terroru dəstəkləyən ən böyük dövlətinin nüvə silahına sahib olmasının qarşısını almaqda tarixi rolu” səbəbilə layiq görülməlidir.
Qeyd edək ki, bu təşəbbüs ABŞ siyasi dairələrində və beynəlxalq mediada geniş müzakirələrə səbəb olub.