Fələstin-İsrail münaqişəsinin tam siyasi həlli Qəzza zolağının yeni müstəqil Fələstin dövlətinə daxil olmasını nəzərdə tutur.
Ednews WAFA-ya istinadən xəbər verir ki, bu barədə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqlarda deyib.
“Qəzza zolağı Fələstin Dövlətinin ayrılmaz parçasıdır. Biz həm Qərb sahilində (İordan çayının Qərb sahilində - red.), həm Şərqi Yerusəlimdə, həm də Qəzza zolağında hərtərəfli siyasi həllin bir hissəsi kimi tam məsuliyyəti öz üzərimizə götürəcəyik”, – Abbas bildirib.