İtaliya höküməti Albaniyada on minlərlə qanunsuz miqrantın saxlanılması üçün müvəqqəti mərkəzlər yaradacaq.
Ednews The Guardian-a istinadən bildirir ki, İtaliya Baş Naziri Corciya Meloni Albaniya Baş Naziri Edi Rama ilə Romada mövzu ilə bağlı konfrans keçirib.
Qeyd edək ki, Meloni növbəti yazda yaşayış yerlərinin artıq 36 min-dən çox insan üçün müsait olacağını deyib.
Bu plan həm də İtaliya sahillərində xilas edilən miqrantlar üçün tətbiq ediləcək.
Xəbərə görə, miqrant düşərgəsinə uşaqlar və hamilə qadınlar daxil edilməyəcək.
Fərid Axundov