Yaxın Şərq ölkələri Qəzzada davam edən müharibəyə müdaxilə edə bilər? – Britaniyalı politoloqlarla ÖZƏL ŞƏRH

Siyasət 17:50 13.11.2023

Yaxın günlərdə Qəzzada münaqişəni sonlandırmaq üçün İslam-Ərəb ölkələri sammiti keçirilib və görüşdə İran rəhbərliyi də iştirak edib. Buradan belə sual çıxır ki, Yaxın Şərq ölkələrinin müharibəyə müdaxiləsi baş tuta bilərmi?

Bu barədə Ednews-a danışaq britaniyalı politoloq Neyl Vatson İslam-Ərəb sammitinin çoxdan keçirilməli olduğunu vurğulayıb.

“Yaxın Şərq ölkələrinin İsrail-Həmas münaqişəsini müzakirə etmək üçün bir araya gəlməsi əslində gecikmiş və bir o qədər də vacib hadisədir. Ərəb-İslam dünyasının birləşərək istənilən dərəcədə təsir gücünə malik olma ehtimalını bu gün dəyərləndirmək o qədər mümkün deyil. İran prezidenti İbrahim Rəisinin sammitdə iştirak etməsi məsələnin ciddiyyətindən xəbər verir. Nəzərə almaq lazımdır ki, münaqişə asanlıqla həll olunmayacağı artıq hamıya aydındır. Elə buna görə də, region dövlətlərinin məsələ ilə bağlı addımlar atması daha vacibdir. Regionda vəziyyətin normallaşdırılması yolunda hazırda, heç bir ciddi addım atılmır. Bu sahədə İsrail hər nə qədər münaqişəni sonlandırmaq üçün Qəzza şəhərinə müdaxilə etdiyini bildirsə də, bu hələ ki, konfliktin sonuna yaxınlaşdığımızdan xəbər vermir. İsrail hökümətinin özünümüdafiə əməliyyatları Qəzzada on mindən çox insanın faciəvi ölümü ilə nəticələnib. Elə buna görə də, düşünmürəm ki, islam ölkələri daha çox insanın həlak olmasını və öz sosial-iqtisadi şəraitlərini təhlükə altına ataraq münqişəyə qoşulsunlar. Fikrimcə, Ərəb-İslam dövlətləri sammitinin keçirilmə məqsədi münaqişəyə qoşulmaq yox, əksinə onu diplomatik yollarla həll etmək olub. Nəzərə almaq lazımdır ki, Yaxın Şərqdəki heç bir ölkəyə münaqişənin bir parçası olmaq sərf etmir. Hazırda sosial-iqtisadi balansın qorunması üçün dövlətlər səylə çalışır”.

                Screenshot_5.png

“Qəzzanın “uşaq məzarlığına” çevrilməsi İsrailin Ərəb dünyasında onsuz da möhkəm olmayan nüfuzu daha da sarsılmış oldu” deyən başqa bir britaniyalı politoloq Patrik Uelş İslam-Ərəb dövlətlərinin məsələdə öz mövqelərini dəqiqləşdirmək üçün bir araya gəldiklərini bildirib:

“Ötən ay başlayan hadisələr Ərəb dünyasında böhrana səbəb olub. Vəziyyət elə gətirdi ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Səudiyyə Ərəbistanını və İsraili yaxınlaşdırmaq məqsədli siyasəti yarım qaldı. Əlavə olaraq, Qəzzanın “uşaq məzarlığına” çevrilməsi İsrailin Ərəb dünyasında onsuz da möhkəm olmayan nüfuzu daha da sarsılmış oldu. Hazırki vəziyyətdə islam ölkələrində İsrailə qarşı qəzəbin şiddətli dərəcədə artması münaqişənin sonlandırılmasının mümkünlüyünü şübhə altına alır. Co Baydenin İsrailə həddən artıq dəstək çıxması ərəb ölkələrinin ABŞ-a olan güvəninin zəifləməsinə və Bayden hökümətinin krizis yaşamasına yol açdı. 

İrihəcmli regional müharibənin çıxması hər nə qədər dəhşətli bir fikir olsa da, günü-gündən artmaqda olan bir ehtimaldır. Vaşinqton və Təl-Əviv başda olmaqla bəzi hökümətlər İranı günahlandırmaq üçün Hizbullahı münaqişəyə əlavə etmək niyyətində idilər. İsrailin Baş Naziri Netanyahunun ABŞ-ı İrana qarşı hərəkətə gətirmək və bu yolla İranın regiondakı təsirini  sarsıtmaq planları, uzun zamandır ki siyasi arenada yer alır. İranın ABŞ tərəfindən vurulması regionda İsrail əlehinə ən çox addım atan bir ölkənin zəifləməsi demək olardı. İslam-Ərəb sammitinin keçirilməsi, bəlkə də, bu dövlətlərin bütün çətinliklərə rəğmən münaqişəyə qoşulmaması ilə əlaqədardır. Ukraynada müharibənin davam etdiyi bu vaxtlarda İranla münaqişə Qərb üçün heç də arzuolunan deyil. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu münaqişədən ən çox yaralanan Rusiya və Çin oldu. Baş verənlərin xülasəsi kimi deyə bilərik ki, müsəlman dövlətlərin getdikcə güclənməsi onların dünyada çoxqütblü sistem yaratması ehtimalına təkan verəcəkdir”. 

Fərid Axund

Screenshot_2.png

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
Hamısı