“İkitərəfli münasibətlərin bütün əsas məsələləri Prezident Ərdoğanla mütəmadi ünsiyyətimizin gündəliyindədir. Xüsusi qeyd edim ki, Rusiya və Türkiyənin energetika sahəsində əlaqələri əsl strateji xarakter daşıyır”.
Ednews xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xarici ölkə səfirlərinin etimadnaməsinin qəbulu mərasimində deyib.
Putin bildirib ki, Rusiya-Türkiyə münasibətləri müxtəlif sahələrdə çoxillik səmərəli qarşılıqlı fəaliyyət təcrübəsinə əsaslanır.
““Rosatom” Türkiyədə ilk “Akkuyu” atom elektrik stansiyasının inşasını davam etdirir, “Mavi axın” və “Türk axını” boru kəmərlərinin istismarı çərçivəsində qaz nəqli sahəsində də sıx əməkdaşlıq əlaqələri qurulub, Türkiyə ərazisində qazpaylayıcı qovşağın yaradılması istiqamətində işlər davam etdirilir”, - deyə Rusiya lideri qeyd edib.