Polşanın Baş Naziri Donald Task Avropa dövlətlərini Ukraynanın müdafiəsi üçün “tam səfərbərliyə” çağırıb.
Ednews Reuters-ə istinadən xəbər verir ki, parlamentdə çıxışı zamanı Task Ukraynanı dəstəkləyərək Avropanın daha çox səy göstərməli olduğunu bildirib.
Müharibəyə zəif münasibət göstərən siyasətçiləri qınayan Task Avropanın Ukrayna üçün birləşməli olduğunu deyib.
O, həmçinin özündən əvvəlki rejimi də qınayaraq taxıl ixracının dayandırılmasını böyük səhv adlandırıb.
Baş Nazirin açıqlamasına görə Avropa İttifaqı ABŞ-ın köməyi olmadan da Ukraynanı işğal olunmaqdan qoruya bilər.
Fərid