“Əziz ermənilər, gözünüzü açın, son dövrün tarixi hadisələrindən dərs alın. Qarabağ məsələsində bizim müttəfiqimiz yox idi”.
Ednews xəbər verir ki, erməni politoloq Arutyun Mkrtçyan İrəvan mediasına bildirib.
“Bəzi erməni ekspert dairələri Ermənistan və Azərbaycanın vasitəçisiz, birbaşa danışıqlar aparmasından narahat olduqlarını bildiriblər. Mən bu mütəxəssisləri dediklərində diqqətli olmağa çağırıram. Əslində birbaşa danışıqlar Ermənistanı boğazından yapışdırıb Moskva platformasına çəkməkdən qat-qat yaxşıdır. Niyə birbaşa danışıqlara getməyək?
Bundan başqa, indi, sülh müqaviləsinin imzalanmasına gəlincə, Ermənistan daxilində Qarabağ məsələsinin yükünü yenidən Qarabağ məsələsinin yükünü Qarabağın buraxılmış keçmiş “deputatları” qaldırırlar. Əvvəlcə çox sadə bir suala cavab versinlər: onlar özləri Qarabağa qayıtmağa hazırdırlarmı? Əziz Qarabağ erməniləri, gözünüzü açın, son dövrün tarixindən dərs alın. Qarabağın “müstəqilliyi” məsələsində bizim müttəfiqimiz yox idi. Ola bilər ki, Parisin Sen-Lui şəhərinin hansısa küçəsi Qarabağın “müstəqilliyini” tanıyıb. Nə olsun? Bu, ciddi deyil”.
Əkbər Novruz