Rəsmi Kreml MDB-nin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitini uğurlu sayıb. Rəsmi açıqlama da qeyd olunub ki, dövlət rəhbərləri ən aktual mövzuları müzakirə ediblər. Həmçini bildirilib ki, Ermənistanla Azərbaycan sülhə yaxındırlar.
Məsələ ilə bağlı Ednews-a danışan politoloq Elçin Mirzəbəyli bildirib ki, Sankt-Peterburqda keçirilən qeyri-rəsmi zirvə görüşündə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında rəsmi görüş keçirilməyib.
"Amma bu faktın özü də tərəflərin istənilən məsələ ilə bağlı öz mövqelərini ifadə etmək üçün yetərlidir. Onu da qeyd edim ki, əksər hallarda qeyri-rəsmi təmaslar rəsmi müzakirələrdən daha effektiv və nəticəyönümlü olur. Kremlin Azərbaycan və Ermənistanın sülhə yaxınlığı ilə bağlı açıqlamasına gəldikdə isə, ola bilsin ki, bu qənaət Rusiya dövlət başçısının Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə ayrı-ayrılıqda söhbətləri nəticəsində formalaşıb".
Politoloq qeyd etdi ki, digər tərəfdən sülh müqaviləsi ilə bağlı müzakirə və uzlaşdırılmaların yekuna nəticəyə yaxınlaşdığı barədə rəsmi İrəvanın da davamlı açıqlamalarının şahidi oluruq:
"Əgər kənar müdaxilələr və Ermənistanın ənənəvi yayındırıcı manevrləri, qütblərarası oyunları baş verməzsə, olsa bilsin ki, 2024-cü ilin ilk aylarında sülh müqaviləsi ilə bağlı yekun qərar qəbul olunsun".
Oğuz