ABŞ-la Azərbaycan arasındakı münasibətlərlə bağlı Bakının mövqeyi aydın ifadə olunub.
Ednews- un xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, artıq "gərginlik" sözündən istifadə etmək doğru deyil: "Oktyabr ayında yaranmış gərginliyin səbəbkarı isə biz deyildik. Səbəblər hər kəsə aydındır. O vaxtdan bəri biz müsbət tendensiyanın şahidi olduq".
Nazirin sözlərinə görə, Azərbaycan ABŞ-la münasibətlərin inkişafında maraqlıdır: "Biz hər zaman yaxşı tərəfdaş olmuşuq. Müxtəlif sahələrdə əməkdaşlıq edib, çoxsaylı layihələr həyata keçirmişik. Azərbaycan hər zaman etibarlı tərəfdaş olub".
C. Bayramov qeyd edib ki, Bakının gözləntisi münasibətlərin tamamilə normallaşması istiqamətində addımların atılmasıdır.