Türkiyə 2029-cu ilə qədər Zəngəzur dəhlizi layihəsini həyata keçirməyi gözləyir. Ednews NTV-yə istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu məlumat verib.
“Zəngəzur dəhlizinin Bakıdan Horadizə qədər uzanan Azərbaycan hissəsi tamamlanmaq üzrədir. Dəhlizin Türkiyə hissəsinin uzunluğu 224 km-dir. Ümumilikdə bu dəhlizin yaradılması prosesi beş il çəkəcək. Yəni düşünürəm ki, 2028-ci ildə biz bütün işləri başa çatdıracağıq”, - deyə Uraloğlu bildirib.
"Bu təşəbbüs ilk dəfə irəli sürüləndə erməni tərəfinin reaksiyası mənfi oldu, baxmayaraq ki, bu layihə Ermənistanın xeyrinə olacaq və bu yaxınlarda Paşinyan müsbət mesajlar verdi”, - Türkiyə rəsmisi bildirib.
Dəniz Pənahova