Dövlət, hakimiyyət orqanları, bələdiyyə qurumlarının təşviqatla məşğul olması qadağandır.
Ednews xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirədə çıxışı zamanı deyib.
O, səsvermə hüququnun olmadığı vətəndaşların da təşviqatla məşğul ola bilmədiklərini bildirib:
"18 yaşına çatmamış vətəndaşlar təşviqatla məşğul ola bilməzlər. Çünki aktiv seçki hüququ 18 yaşdan sonra əldə olunur".