Bu günədək növbədənkənar prezident seçkiləri ilə bağlı akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı 153 nəfərdir.
Ednews xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, 31 beynəlxalq təşkilatı təmsil
edən 153 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.