Bu günədək növbədənkənar prezident seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı açıqlanıb.
Ednews xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.
O bildirib ki, bu günə qədər 26 minə yaxın müşahidəçi qeydiyyatdan keçib:
“Həmin müşahidəçilərin 22 mindən çoxu dairə seçki komissiyalarında qeydiyyatdan keçib”.