"Prezident seçkiləri ilə əlaqədar Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyasının birgə fəaliyyət planı tərtib olunub".
Ednews xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, fəaliyyət planına əsasən ölkədə silsilə tədbirlər keçirilir:
"Həmin tədbirlərin birincisi Bakıda, sonra Gəncə, növbətisi isə Şəki, Quba və Naxşıvanda olub. Tədbirlər çərçivəsində vətəndaşların seçki hüququnun təmini haqqında təlimlər və treninqlər keçirilir. Yaxın günlərdə də bu fəaliyyət davam etdiriləcək”.