Polşa Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı G7 Vilnüs Bəyannaməsinə qoşulduğunu elan edib.
Ednews xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tuskun yanvarın 22-də Kiyevə səfərinə dair Baş nazirinin ofisinin rəsmi “X” hesabında dərc edilən bəyanatda məlumat verilib.
“Polşa G7 bəyannaməsinə qoşulub, məqsəd Ukraynaya dəstək üçün demokratik ölkələri səfərbər etməkdir”, - deyə bəyanatda qeyd edilib.
Qeyd edək ki, Tusk bu gün Ukraynaya səfər edib və Kiyev sarayında ölkə Prezidenti Volodimir Zelenski ilə görüşüb.