BAMF prezidenti: “Seçkilərdə yerli və beynəlxalq müşahidəçilərlə sıx əməkdaşlıq etməyi planlaşdırırıq”

Siyasət 17:32 25.01.2024

Ednews xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, Milli Qeyri-Hökumət Təşkilatları Forumu idarə heyətinin üzvü Umud Mirzəyev Azərbaycanda fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı secki-2024.az saytının suallarını cavablandırıb.

 Umud müəllim, budəfəki prezident seçkiləri Azərbaycan üçün hansı əhəmiyyəti daşıyır?

 

 - Prezident seçkiləri insanların, ölkənin taleyi və gələcəyi deməkdir. İnsanlar öz səsi ilə, imzası ilə xalqın taleyini həll edə biləcək, müstəsna qərarlar verə biləcək lideri müəyyən edirlər. Xüsusən də dünyada münaqişələrin, qlobal problemlərin hökm sürdüyü bir vaxtda hər bir şəxs öz seçimində yanılmamalıdır və belə olan halda prezident seçkiləri daha da əhəmiyyət qazanmış olur. Düşünürəm ki, bütün bu qeyd olunanları nəzərdə tutaraq ölkəsindən, regionundan, mövcud şərtlərdən asılı olmayaraq insanlar bu tip seçkilərdə fəal iştirak etməlidirlər.

 

 Bildiyimiz kimi, Beynəlxalq Avrasiya Mətbuat Fondu prezident seçkilərində 50 nəfərlik müşahidəçi heyəti ilə təmsil olunacaq. Bu barədə bir qədər məlumat verməyinizi istərdik...

 

 -  Beynəlxalq Avrasiya Mətbuat Fondunun Himayəçilik Şurası bu il yanvarın 3-də keçirilən iclasında seçki prosesində yaxından iştirak etmək, onun monitorinqini aparmaq və seçki günü səsverməni izləmək məqsədilə qərar qəbul edib. Qərara əsasən BAMF-ın 50 nəfərlik müstəqil müşahidəçi korpusu formalaşdırılıb və müşahidəçi heyəti Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. Artıq müşahidəçilərin vəsiqələri də onlara təqdim olunub. Bu müddət ərzində komanda üzvləri ilə birlikdə seçki prosesi, müşahidəçilərin hüquq və vəzifələri haqqında müzakirələrimiz keçirilib, həmçinin, seçkiyə hazırlıq prosesini izləmək üçün yerlərdə bəzi seçki məntəqələrinə də ziyarətlər baş tutub. Seçki günü BAMF-ın müşahidəçilik fəaliyyəti vahid bir mərkəzdən koordinasiya olunacaq. Eyni zamanda müşahidəçilər respublika ərazisi üzrə ölkənin bütün yerlərində müşahidə aparacaq. Mütəmadi olaraq obyektiv məlumatlar paylaşılacaq və sonda seçki ilə bağlı BAMF tərəfindən yekun hesabat da hazırlanacaq. Təşkilat 18 fərqli şəhər (rayon) olmaqla 25 dairədə öz müşahidəçilik missiyasını yerinə yetirməyə çalışacaq. Bura paytaxt Bakı ilə yanaşı Xankəndi, Şuşa, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Tərtər, Bərdə, Goranboy, Naftalan, Gəncə, Samux, Beyləqan, Kürdəmir, Hacıqabul, Xırdalan və Sumqayıt kimi rayon və böyük şəhərlər də daxildir. Onu da qeyd edim ki, 2008 və 2013-cü illərdə Seçki koalisiyalarının yaradılmasında birbaşa iştirak edən BAMF digər illərdə keçirilən seçkilərdə də aktiv fəaliyyəti ilə seçilib.

 

 Bildiyiniz kimi, seçkilərdə müşahidəçilik etmək üçün bir sıra beynəlxalq təşkilatların nümayəndələri də hazırda ölkəmizdədir və seçki öncəsi, seçki günü onların da aktiv iştirakı gözlənilir. O cümlədən, seçkidə müşahidəçiliklə bağlı bir sıra yerli koalisiyalar da yaradılıb. BAMF-ın onlarla hər hansı bir əməkdaşlığı gözlənilirmi?

 

 - Təbii ki, istər yerli, istər beynəlxalq müşahidəçilərlə birlikdə əvvəlki illərdə olduğu kimi bu seçkilərdə də sıx əməkdaşlıq etməyi planlaşdırırıq. Hətta bəzi yerli koalisiyalarla artıq görüşlərimiz də olub. Bu seçkilərdə missiyamız ortaq, niyyətimiz isə birdir. Ümid edirik ki, şəffaf və obyektiv bir seçkiyə birlikdə şahidlik edəcəyik. 

 

  Azərbaycan ilk dəfədir ki, prezident seçkilərinə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi gedir. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir. Bununla bağlı fikirləriniz maraqlı olardı.

 

 - Bəli, bu seçkilər Azərbaycan üçün çox böyük və tarixi bir hadisədir. Nəzərə almaq lazımdır ki, bu seçkilər həm də ərazi bütövlüyü və suverenliyinin təsdiqi deməkdir. Artıq torpaqları işğalda olmayan bir Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu gün insanlar yurd-yuvasına qayıdırlar, bəziləri isə artıq məskunlaşıblar. Bütün bunlar təkcə Azərbaycanda yox, dünyanın özündə Cənubi Qafqazla bağlı düşüncələri, təsəvvürləri dəyişib. Bu seçkini əhəmiyyətli edən ən əsas məqam isə həmin ərazilərdə - Xankəndidə, Şuşada, Laçında, Füzulidə və digər işğaldan azad olunan rayonlarda keçirilməsidir. Mən özüm də seçki günü öz müşahidəçilik missiyamı Qarabağ bölgəsində yerinə yetirəcəyəm. Biz həqiqətən də BAMF olaraq bu tarixi prosesə şahidlik edəcəyimizə görə özümüzü çox şanslı hesab edirik.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Avstraliyada kişi son dərəcə nadir virusdan öldü
00:46 05.07.2025
UEFA Çelsini cərimələdi
00:31 05.07.2025
Xeops piramidasını kimlərin tikdiyi məlum oldu - Piramidaları qullar tikməyib
00:16 05.07.2025
Bu gün Aşuradır
00:01 05.07.2025
CAR-da güclü partlayış qeydə alınıb
23:36 04.07.2025
ABŞ-də daşqınlar nəticəsində 13 nəfər ölüb
23:01 04.07.2025
"İran-İsrail münaqişəsi təkrarlanmamalıdır"
22:31 04.07.2025
Ruzanna Məmmədova Avropa çempionu olub
22:16 04.07.2025
Azərbaycanın iki sərbəst güləşçisi Avropa çempionatının finalına yüksəlib
22:11 04.07.2025
Ruanda Demokratik Konqoya inanmır
21:58 04.07.2025
İran İsrailin Vetsman xərçəng tədqiqat laboratoriyasını məhv edib
21:33 04.07.2025
Türkiyədə meşə yanğınları ilə bağlı 44 şübhəli saxlanılıb
21:09 04.07.2025
"Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları inkişaf etdirmək barədə razılığa gəldik"
20:44 04.07.2025
"Rusiya sülhə hazır deyil"
20:29 04.07.2025
"Biliklərin qiymətləndirilməsi olduqca mürəkkəb sahədir"
20:05 04.07.2025
İrəvanda Samvel Karapetyana dəstək aksiyası başlayıb
19:53 04.07.2025
Mertz Trampla Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə edib
19:38 04.07.2025
Tramp Makron və Meloni ilə telefonla danışıb
19:18 04.07.2025
"Müharibə İranın nüvə problemini həll etməyəcək"
19:03 04.07.2025
Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:48 04.07.2025
İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşdü
18:32 04.07.2025
Şəmkirdə 3 uşaq çayda batıb
18:17 04.07.2025
Qazaxıstan Xankəndidə Təmiz Enerji Mərkəzinin Nizamnaməsini imzalayıb
18:02 04.07.2025
Zelenski və Tramp arasında telefon danışığı olub
17:47 04.07.2025
Ərdoğan və Pezeşkian Xankəndidə görüşdülər
17:32 04.07.2025
Ərdoğan Xankəndidə Şahbaz Şəriflə görüşüb
17:26 04.07.2025
“Azərbaycanla Özbəkistan parlamentlərarası formatda da əməkdaşlığın yeni səhifəsini açdı”
17:10 04.07.2025
ESCAP-ın 82-ci sessiyası Bakıda keçiriləcək
16:56 04.07.2025
Sabiq rəis elektron qolbaqda gəzəcək
16:41 04.07.2025
Pakistanda yaşayış binası uçub
16:31 04.07.2025
Havay adalarının yerli icması ABŞ hərbi bazasını istəmir
16:16 04.07.2025
İnformasiya agentliklərinə dair yeni tələblər təsdiqləndi
16:01 04.07.2025
BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
15:45 04.07.2025
Məşhur Hollivud aktyoru vəfat etdi
15:30 04.07.2025
"Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub"
15:21 04.07.2025
Romada partlayış baş verib
15:15 04.07.2025
"İqlim dəyişikliyi bütün dünya ölkələri üçün təhlükə yaradır"
15:05 04.07.2025
“Bir millət – çox dövlət: Türk Dünyası nə istəyir? -Analitik Baxış
15:01 04.07.2025
“Gözəgörünməz düşmən ilə mübarizəmiz hələ də davam edir” - BAMF rəsmisi
14:59 04.07.2025
Bu şəxslər Azərbaycanı tərk etməlidirlər
14:45 04.07.2025
Hamısı