Fransa prezidenti Emmanuel Makron mediaya çıxışı zamanı bildirib ki, Avropanın ABŞ-dən asılı olmamalıdır.
Ednews France24-ə istinadən xəbər verir ki, Fransa prezidenti Avropanın öz qərarlarını verə bilmək hüququnu itirdiyini vurğulayıb.
Makronun sözlərinə görə qitə dövlətləri uzun illərdir ki, ABŞ-nin kölgəsində qalıb.
Bu vəziyyəti dəyişmək istəyən prezident açıqlayıb ki, ABŞ nə qərar verirsə versin Avropa dövlətləri Ukraynanı dəstəkləməlidir.
Bundan əlavə, o qeyd edib ki, ABŞ Ukraynadakı Rusiya işğalının görməzdən gəlir, lakin Avropanın belə bir şansı yoxdur.
Fərid