Prezident seçkilərindən sonra Azərbaycanda hansı yeniliklər olacaq? – SORĞU

Siyasət 14:00 31.01.2024

Məlum olduğu kimi, 7 fevral tarixində Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərə sayılı günlər qalıb. Bu seçkilərin əvvəlki prezident seçkilərindən tarixi bir fərqi olacaq. İşğaldan azad olunan ərazilərdə ilk dəfə seçki keçiriləcək. 

Bəs, görəsən seçkilər sonrası Azərbaycanın daxilində - siyasi, sosial, iqtisadi sahələrdə əhəmiyyəti və gözlənən dəyişikliklər necə olacaq?

Ednews bu barədə tanınmış politolar arasında sorğu keçirib. Cavabları təqdim edirik:

Siyasi şərhçi Fikrət Sadıqov:

“Seçkilərinin əhəmiyyəti düşündüyümüzdən daha böyükdür. Birmənalı olaraq deyə bilərik ki, bu, gələcəyə hesablanmış, əlahiddə prioritetlərə mailk olan seçkidir. Bu seçkinin təşkilini reallığın özü diktə edirdi. İndiki beynəlxalq münasibətlər fonunda 7 fevral seçkiləri tam yerinə düşür. Düşünürəm ki, seçki elektoratı da bu məqamları dəyərləndirə bilir və o baxımdan da seçkiyə ciddi maraq göstərir. Azərbaycanda növbədənkənar prezident seçkilərini keçirməyə həm mənəvi, həm də hüquqi əsasımız var. Yeri gəlmişkən, 2024-cü ildə dünyanın bir sıra aparıcı dövlətlərində də prezident seçkilərinin keçiriləcəyi gözlənilir. Bu amili də nəzərdən qaçırmaq olmaz. Ümumiyyətlə, qarşıdan gələn Zəfər seçkisində qürurlu Azərbaycan seçicisi özünün vətəndaş mövqeyini ortaya qoyacaq və səsini namizədlərdən ən layiqlisinə verəcək”.

Siyasi şərhçi Tofiq Abbasov:

“Prezident seçkilərini yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirmək olar. Çünki faktiki olaraq, bu günə qədər Azərbaycan bir dövrü keçib və indi yeni mərhələyə qədəm qoyacaq. Arxada qalan son 20 il ərzində həqiqətən də böyük dəyişikliklər, qazanclar əldə olunub. İlk növbədə bu ərazi bütövlüyümüzün bərpa olunmasıdır. Ona qədər Azərbaycan bir çox strateji əhəmiyyətli məsələlərdə - səfərbərlik prosesini həyata keçirə bilmişdi. Bu həm də ordumuzun təkmilləşməsində, yüksəlməsində və eləcə də iqtisadiyyat sahəsində möhkəm ehtiyatlar bazasını yaradılması ilə nəticələndi. Əgər güclü iqtisadiyyat olmasa heç bir maliyyə tutumlu məsələlərin həlli mümkün olmur. Bu baxımdan silah-sursatın alınması, yeni texnologiyaların əldə edilməsi, ordunun quruculuğu, onun döyüş hazırlığının yüksək səviyyəyə qaldırması – bunlar hamısı məhz son 20 ilin ən gözəçarpan naliyyətləridir. Ölkə daxilində problemlərimiz var, halbuki ölkənin hüdudlarının müdafiəsi, sərhədlərin qorunması və.s. bunlar da vəsait və diqqət, strateji yanaşma tələb edir”.

Politoloq Natiq Miri:

“Dövlət başçısı Azərbaycan televiziyalarına verdiyi sonuncu müsahibədə bununla bağlı bəzi mesajlar verdi. Mesajlardan biri də Azərbaycandakı seçkilərdən sonra dəyişikliklərlə bağlı idi. Hətta Prezident bəzi beyin mərkəzləri və siyasətşünaslardan bundan sonrakı cəmiyyətin inkişafı və birliyi ilə bağlı yeni qayələr istədi. Hər bir halda, əgər burada Azərbaycan dövlətini möhkəmlətmək və cəmiyyəti inkişafına nail olmaq niyyəti varsa, deməli, ortada konkret hədəflər də mövcuddur. Çünki əvvəlcə hədəf müəyyənləşdirilir, sonra isə niyyət. Bu baxımdan, bu cür hədəf və niyyətlərin varlığı ölkədəki dəyişikliklərə bilavasitə həm də bir işarədir. Ancaq hər bir halda Milli Məclisdən tutmuş dövlət strukturlarında, eyni zamanda kadr və digər məsələlərdə, xüsusilə də ədalət sahəsində və ədalətin tam bərpa və bərqərar olması kontekstindəki dəyişiklər Azərbaycan cəmiyyətinin xeyrinə ola bilər”.

Politoloq Tural Əliyev:

“Azərbaycan Prezident Respublikası olduğu üçün prezident seçkilərinin əhəmiyyəti böyükdür. Qarabağ işğaldan azad olunduğuna görə seçkilər yeni geosiyasi reallıq müstəvisində keçiriləcəkdir. Bu, təkcə ölkəmizdə deyil, həmçinin regionda postmünaqişə dövründə müsbət tendensiyalar və çağırışlara cavab verən sistemi formalaşdıracaq. İlk növbədə dövlətin təhlükəsizlik və sabitlik kursu davam etdiriləcək, hər bir halda iqtisadiyyat, sosial inkişaf sadalanan faktorlara söykənir. Bu gün dünyada və bölgədə qlobal böhranların tüğyan etdiyi bir vaxtda Azərbaycanın qarşısında duran ən prioritet amil sərhədlərin təhlükəsizliyidir. Bu səbəbdən ordu quruculuğu sahəsində islahatlar davamlı olacaq, xarici siyasət kursu mehriban qonşuluq və beynəlxalq təşkilatlarla əməkdaşlığı özündə ehtiva edən balans qorunub saxlanılacaq. 
7 fevral seçkilərindən sonra Azərbaycan yeni dövrə qədəm qoyacaq. Ənənəvi neft -qaz sahəsi ilə yanaşı, yaşıl enerjiyə keçid sürətlənəcək. Alternativ enerji mənbələri yeni dünya düzənində əsas göstəriciləridən biri olacaqdır”. 

Oğuz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Avstraliyada kişi son dərəcə nadir virusdan öldü
00:46 05.07.2025
UEFA Çelsini cərimələdi
00:31 05.07.2025
Xeops piramidasını kimlərin tikdiyi məlum oldu - Piramidaları qullar tikməyib
00:16 05.07.2025
Bu gün Aşuradır
00:01 05.07.2025
CAR-da güclü partlayış qeydə alınıb
23:36 04.07.2025
ABŞ-də daşqınlar nəticəsində 13 nəfər ölüb
23:01 04.07.2025
"İran-İsrail münaqişəsi təkrarlanmamalıdır"
22:31 04.07.2025
Ruzanna Məmmədova Avropa çempionu olub
22:16 04.07.2025
Azərbaycanın iki sərbəst güləşçisi Avropa çempionatının finalına yüksəlib
22:11 04.07.2025
Ruanda Demokratik Konqoya inanmır
21:58 04.07.2025
İran İsrailin Vetsman xərçəng tədqiqat laboratoriyasını məhv edib
21:33 04.07.2025
Türkiyədə meşə yanğınları ilə bağlı 44 şübhəli saxlanılıb
21:09 04.07.2025
"Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları inkişaf etdirmək barədə razılığa gəldik"
20:44 04.07.2025
"Rusiya sülhə hazır deyil"
20:29 04.07.2025
"Biliklərin qiymətləndirilməsi olduqca mürəkkəb sahədir"
20:05 04.07.2025
İrəvanda Samvel Karapetyana dəstək aksiyası başlayıb
19:53 04.07.2025
Mertz Trampla Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə edib
19:38 04.07.2025
Tramp Makron və Meloni ilə telefonla danışıb
19:18 04.07.2025
"Müharibə İranın nüvə problemini həll etməyəcək"
19:03 04.07.2025
Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:48 04.07.2025
İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşdü
18:32 04.07.2025
Şəmkirdə 3 uşaq çayda batıb
18:17 04.07.2025
Qazaxıstan Xankəndidə Təmiz Enerji Mərkəzinin Nizamnaməsini imzalayıb
18:02 04.07.2025
Zelenski və Tramp arasında telefon danışığı olub
17:47 04.07.2025
Ərdoğan və Pezeşkian Xankəndidə görüşdülər
17:32 04.07.2025
Ərdoğan Xankəndidə Şahbaz Şəriflə görüşüb
17:26 04.07.2025
“Azərbaycanla Özbəkistan parlamentlərarası formatda da əməkdaşlığın yeni səhifəsini açdı”
17:10 04.07.2025
ESCAP-ın 82-ci sessiyası Bakıda keçiriləcək
16:56 04.07.2025
Sabiq rəis elektron qolbaqda gəzəcək
16:41 04.07.2025
Pakistanda yaşayış binası uçub
16:31 04.07.2025
Havay adalarının yerli icması ABŞ hərbi bazasını istəmir
16:16 04.07.2025
İnformasiya agentliklərinə dair yeni tələblər təsdiqləndi
16:01 04.07.2025
BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
15:45 04.07.2025
Məşhur Hollivud aktyoru vəfat etdi
15:30 04.07.2025
"Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub"
15:21 04.07.2025
Romada partlayış baş verib
15:15 04.07.2025
"İqlim dəyişikliyi bütün dünya ölkələri üçün təhlükə yaradır"
15:05 04.07.2025
“Bir millət – çox dövlət: Türk Dünyası nə istəyir? -Analitik Baxış
15:01 04.07.2025
“Gözəgörünməz düşmən ilə mübarizəmiz hələ də davam edir” - BAMF rəsmisi
14:59 04.07.2025
Bu şəxslər Azərbaycanı tərk etməlidirlər
14:45 04.07.2025
Hamısı