"AŞPA - nın Azərbaycanla bağlı bütün qətnamələri yalan - böhtandır".
Ednews xəbər verir ki, bu sözləri Millət Məclis deputatı Səməd Seyidov Azərbaycanla AŞPA arasındakı münasibətlərə dair "BBC Azərbaycanca"nın suallarını cavablayarkən söyləyib.
Millət vəkili vurğulayıb ki, AŞPA və Azərbaycan arasında gərginliyin yaranmasına heç bir lüzum yox idi. İrəli sürülən bütün arqumentlər Azərbaycana öhdəlik olaraq qoyulmayıb:
"Onların irəli sürdükləri bütün arqumentlər tamamilə əsassızdır. "Azərbaycan qarşısına qoyulan öhdəlikləri yerinə yetirmədi" iddiası tamamilə yalandır. Azərbaycanın belə öhdəlikləri yoxdur. Onlar öz qanun və prinsiplərini yox saydılar".
Daha ətraflı video - müsahibədə:
Əkbər Novruz