“Araz çayı çirkləndirilir".
Ednews xəbər verir ki, bu fikirləri İranın vitse-prezidenti və Ekologiya Təşkilatının sədri Əli Səlaceqe “Shafaqna” saytına açıqlamasında söyləyib:
“Araz çayında çirklənmə var, amma bizim Ermənistanla əməkdaşlığımız çox yaxşı səviyyədədir. Artıq bir neçə aydır ki, bu məsələyə nəzarət Ekologiya Təşkilatına həvalə olunub, xoşbəxtlikdən bu məqsədlə bizim birinci nümayəndə heyətimiz iki-üç ay öncə İrəvanda Ermənistan rəsmiləri ilə çox səmərəli görüş keçirib. Görüşdə birgə bəyanat və memorandum imzalanıb və Araz çayının çirkləndirilməsi ilə bağlı həm Ermənistanda, həm də İranda üç işçi qrupunun yaradılması nəzərdə tutulub ki, bir-biri ilə əməkdaşlıq edərək lazımi tədbirlər görsün və müzakirələri qarşılıqlı şəkildə davam etdirsin".
İran rəsmisi habelə bu işə gec başladıqlarını da etiraf edib. Onun sözlərinə görə, erməni tərəfi ilə ikinci görüş ən qısa vaxtda baş tutacaq.
Əkbər Novruz