Ermənistan-Azərbaycan sərhədində Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan Çexiya vətəndaşının ailəsi ilə əlaqə yaradılır.
Ednews xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariana Vernerova bildirib.
M.Vernerova öz vətəndaşının Ermənistan-Azərbaycan sərhədində Azərbaycan sərhədçiləri tərəfindən saxlanılması faktını təsdiqləyib:
"Diplomatik nümayəndəlik məhbusun ailəsi ilə əlaqə saxlayır və kömək göstərməyə çalışır".