Səsvermə prosesinin müşahidəsi göstərdi ki, Azərbaycanda prezident seçkiləri demokratik, beynəlxalq standartlar çərçivəsində keçirilir.
Bu sözləri beynəlxalq müşahidəçi, Moldova parlamentinin üzvü, Moldova-Azərbaycan parlament dostluq qrupunun sədri Vitali Jakut “Report”un Xankəndindəki Qərb bürosuna açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan ilə Moldova arasında inkişaf edən münasibətləri nəzərə alaraq, Azərbaycanda prezident seçkilərinin Moldova parlamentariləri tərəfindən monitorinqi böyük əhəmiyyət kəsb edir: “Xankəndiyə gəlməzdən əvvəl biz Şuşada olduq və burada həm seçki komissiyasının, həm də partiya müşahidəçilərindən olan nümayəndələr, Şuşa şəhərinin yerli sakinləri olan seçicilərlə ünsiyyətdə olduq”.