“Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisindən sonra Qərbin reaksiyası mənə çox maraqlıdır. Görəsən, Fransa Prezidenti Emmanuel Makron və digərləri Azərbaycan xalqını təbrik edəcəklər, yoxsa tənqid edəcəklər? Susacaqlarmı?”.
Ednews xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun direktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı monitorinqlərinin nəticələrinə dair keçirilən brifinqdə bildirib.
O, Qərbə tövsiyələr verib:
“Mən istəyirəm ki, buradan onlara tövsiyə edim ki, əsassız tənqiddən əl çəksinlər. Azərbaycan xalqı artıq gələcəyə doğru inamlı addım atdı. Xalqı, İlham Əliyevi təbrik edirəm”.