ATƏT-in müşahidəçi heyəti Azərbaycanda prezident seçkiləri haqqında açıqlama verib

Siyasət 17:44 08.02.2024

Bu gün ATƏT-in belnəyxalq müşahidəçi qrupunun mediaya çıxış edib və jurnalistlərin suallarını cavablandırıb. Bir saat ərzində davam edən konfransa Katya Andrusz rəhbərlik edib. 

Konfransda ATƏT-in qısa müddətli müşahidəçilərin xüsusi koordinatoru Artur Qerasimov, ATƏT-in müşahidəçi nümayəndə heyətinin sədri, Almaniya Bundestaqının üzvü Daniyella De Rider və ATƏT-in Demokratik Təsisatlar və İnsan

Hüquqları Bürosunun sədri Oyqan Mörfi iştirak edib. 

2024-cü il Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində müşahidəçi qismində iştirak edən ATƏT üzvləri çıxışları zamanı ilk növbədə Azərbaycan Respubikası tərəfindən göndərilən dəvətə görə təşəkkür ediblər. Beynəlxalq müşahidəçilər həm də yerli məntəqə üvzlərinin qonaqpərvərliyini qiymətləndirdiklərini bildiriblər.

İlk çıxış edən Artur Qerasimov seçki zamanı səs verənlərin sayının gözləniləndən çox olduğunu bildirib:

“Bu Azərbaycan üçün tarixi andır, çünki ilk dəfə bütün ölkə ərazisindən insanlar öz demokratik səsvermə hüququndan istifadə edib. 

Seçki ərəfəsində bütün ölkə ərazisində beynəlxalq müşahidəçilərin yüksək səviyyəli qonaqpərvərliklə qarşılandıq. Məntəqələrdə adminstrasiya peşəkarcasına aktivlik göstərib”. 

ATƏT-in müşahidəçi nümayəndə heyətinin sədri Daniyella De Rider səsvermə prosesini yaxından izləmək imkanı olduğunu vurğuladı:

“İnsanlar səs vermək üçün çox həvəsli idilər. Məntəqələrdə xeyli sayda seçici və kifayət qədər müşahidəçi olub. Aktivlik barəsində heç bir şübhə ola bilməz. Seçkinin nəticəsi haqqında isə onu deyə bilərəm ki, nümayəndələr arasında alternativ yox idi. Digər nümayəndələr çox az səs topladılar və buna görə də rəqabət mövcud olmayıb. 

Prezident nümayəndələri arasında bir qadın nümayəndə belə yox idi. Bu qadınları siyasi arenada təmsil olunma səviyyəsi haqqında xeyli məlumat verir. Buna baxmayaraq, yerli müşahidəçilərin və seçki məntəqələ üzvlərinin bir çoxu qadın idi”.

Oyqan Mörfi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun sədri məntəqə işçilərinə və Azərbaycanın Xarici İşlər Nazirliyinə təşəkkür edərək çıxışına başlayıb. O, çıxışı zamanı, seçkidən öncə bəzi jurnalistlərin və müxalifət partiyaların üzvlərinin həbs edilməsindən bəhs edib:

“Ümumilikdə məntəqə işçiləri peşəkarcasına fəaliyyət göstərdi və müşahidəçilərin hər məntəqədə aktivlik göstərməsi bizim diqqətimizi çəkdi. Ölkə üzrə ümumi 330 nəfər müşahidəçimiz fəaliyyət göstərib. Bütün üzvlərimiz məntəqələrdə seçici sayının çoxluğundan bəhs edir. 

Seçkidən öncə bir çox jurnalistlərin həbs edilməsi təbii ki, diqqət mərkəzində olub. Bununla yanaşı, prezident seçkiləri zamanı bir çox xətalarla qarşılaşdıq. Səsvermə zamanı və bülletenlər sayılarkən dəfələrlə texniki səhvlər oldu. Olduğumuz bəzi yerlərdə məntəqə üzvləri yerli müşahidəçilərə maneələr törədirdi. Seçki məntəqələrində bəzən qeyri-şəffaflıqla da qarşılaşdıq. Bizə bəzi məntəqələrdə dolğun məlumatlar verilmirdi”.

Mətbuat nümayəndələrinin ATƏT üzvlərinə ünvanladığı suallardan biri bu olub:

“Siz demək olar ki, bütün regionların seçki məntəqələrində müşahidəçilik fəaliyyəti göstərmisiniz. Məntəqələrdə hər hansı təzyiqlə qarşılaşdınız?”

Sualı cavablayan Oyqan Mörfi müşahidəçilərin heç bir təzyiqlə qarşılaşmadığını açıqladı:

“Biz müşahidəçilik etmək üçün dövlət tərəfində dəvət edilirik. Lakin, fəaliyyətimiz zamanı dövlətlə məsləhətləşmirik. Bizim öz metodlarımız və təcrübəli nümayəndələrimiz var. Buna görə də, demək olar ki, biz təzyiqə məruz qalmırıq. Bütün mənqətələrdə xoş qarşılandıq və fəaliyyətimiz üçün heç bir maneə yaradılmadı”.

Fərid

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Nyu-York İranla döyüşmək istəmir
11:23 23.06.2025
Ayı insanlara hücum etdi
11:20 23.06.2025
"Geri dönəcəm"
11:16 23.06.2025
“Regionlararası platformalar yaradılmalıdır"
11:13 23.06.2025
Rusiyanın Ukraynaya hücumu nəticəsində iki nəfər həlak olub
11:10 23.06.2025
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verdi
10:56 23.06.2025
ABŞ kəşfiyyatı İraq və Suriyadakı hərbi bazalarına hücumlara hazırlıqdan xəbər tutub
02:48 23.06.2025
BMT: AEBA İranın zərbə endirilən nüvə obyektlərinə girməlidir
01:55 23.06.2025
Çin BMT Təhlükəsizlik Şurasından qətnamə qəbul etməsini gözləyir
01:52 23.06.2025
FİSO olimpiadası saxtadır?
01:47 23.06.2025
"ABŞ nüvə təhlükəsini aradan qaldırmaq üçün addımlar atıb"
01:31 23.06.2025
"İran nüvə silahı yaradacaq"
01:29 23.06.2025
İsrail Təbrizi və Tehranı yenə bombaladı YENİLƏNİB
01:25 23.06.2025
Azlıqda qalan "Real Madrid" inamlı qələbə qazandı
01:16 23.06.2025
Əlcəzairdə futbol matçında tribuna aşdı
23:54 22.06.2025
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul etdi
23:48 22.06.2025
"İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq"
23:45 22.06.2025
İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər
23:43 22.06.2025
Suriyada terror aktı baş verib
23:39 22.06.2025
"Yaxın Şərqdə münaqişənin artması Çinin maraqlarını təhdid edir"
23:37 22.06.2025
İranın Xarici İşlər Naziri Moskvadadır
23:11 22.06.2025
Qubada ağır qəza baş verib
21:51 22.06.2025
Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
18:57 22.06.2025
"İran nüvə proqramını inkişaf etdirəcək"
18:04 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
16:46 22.06.2025
Rasim Dərgahzadə vəfat etdi
14:01 22.06.2025
"Türkiyə tarixi yol ayrıcındadır"
13:56 22.06.2025
Naxçıvanın muxtar statusu ləğv edilir?
13:17 22.06.2025
Braziliyada faciə- Hava şarı qəflətən alovlandı
13:13 22.06.2025
Pişiklərin sahibləri ilə münasibətinə dair bilmədiklərimiz
13:09 22.06.2025
"Azərbaycan Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüquqla həllini dəstəkləyir"
13:07 22.06.2025
Təxirə salmaq vərdişindən necə qurtulaq?
12:29 22.06.2025
İran İsrailə hücumlarda ortamənzilli ballistik raketdən istifadə edib
12:24 22.06.2025
“Netanyahu gedəcək, amma İran qalacaq”
11:49 22.06.2025
Böyük Britaniya kralı "Netflix" üçün sənədli filmə çəkilcək
11:46 22.06.2025
"Çelsi" Mudrikdən 89 milyon avro tələb edə bilər
11:30 22.06.2025
Günəşdən 300 000 dəfə isti: Alimlər inanılmaz rekorda imza atıb
11:27 22.06.2025
Qrossi AEBA-nın təcili iclasını çağırıb
11:25 22.06.2025
"ABŞ-nin hərbi təcavüzünə bütün gücümüzlə müqavimət göstərmək haqqımız var"
10:20 22.06.2025
Vircil van Deyk ən yaxşısıdır
09:50 22.06.2025
Hamısı