ABŞ dövlət katibi Antoni Blinken respublikada demokratiya üçün xarici agent qanunlarının tətbiqinin təhlükələri barədə Bişkekə xəbərdarlıq edib.
Ednews xəbər verir ki, bu barədə Blinkenin Qırğızıstan prezidenti Sadır Japarova ünvanladığı məktubunda qeyd edilib.
Blinken bildirib ki, bəzi amerikalı tərəfdaşlar bu qanundan o qədər narahatdırlar ki, onlar Qırğızıstandakı əməliyyatları qabaqlayıcı şəkildə dayandırmağı düşünürlər.
O, Japarovu bu narahatlıqları ölkə parlamentinin rəhbərləri ilə müzakirə etməyə çağırıb.