“Mənə göstərilən etimada görə Cənab İlham Heydər oğlu Əliyevə təşəkkürümü bildirirəm”
Ednews xəbər verir ki, bu fikirləri Prezident tərəfindən Baş nazir təyin olunmasına razılıq məsələsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Əli Əsədov səsləndirib.
“Fürsətdən istifadə edərək, müstəqillik tariximizdə ilk dəfə olaraq, bütün ərazilərimizdə keçirilən Zəfər seçkilərindəki qələbə münasibətilə cənab İlham Əliyevi bir daha təbrik edirəm. Azərbaycan xalqı ədalətli seçim edərək dövlət başçısına öz inam və etimadını göstərdi”, - deyə Əli Əsədov əlavə edib.