Ermənilərin Qarabağa qayıdışı reallaşır? – GİZLİ MƏQAMLAR

Siyasət 12:30 21.02.2024

Son dövrlər ermənilərin Qarabağa qayıtması ilə bağlı müzakirələr aparılsa da, bu məsələ ilə bağlı səngimə müşahidə edilir. Azərbaycan hakimiyyəti ölkə vətəndaşlığını qəbul etmək istəyən Qarabağ erməniləri üçün qapıların açıq olduğunu bəyan edib. Ermənilərin geri qayıtması mümkündürmü? Revanşist erməni qüvvələr bundan necəsə yararlana biləcəklərmi?

Mövzu ilə bağlı Ednews-a açıqlamasında politoloq Elşən Manafov bildirdi ki, Azərbaycan hakimiyyəti Qarabağda seperatçı rejimin tör-töküntülərinə qarşı apardığı antiterror əməliyyatı ərəfəsində Qarabağdakı erməni icmasının cəmiyyətimizə reinteqrasiyası ilə bağlı təkliflərini həm Qarabağ  ermənilərinə, həm də onların hamilərinə ünvanlamışdı, dövlət onların təhlükəsizliyinə, reinteqrasiyasının uğurlu perspektivlərinə təminat verirdi, lakin seperatçı rejimin qeyri-konstruktivliyi, habelə mülki əhalini hədə və təhdid altında saxlaması ermənilərin bu təkliflərinin qarşısını alır və məhdudlaşdırırdı:

“Qarabağdakı erməni əhalisi Azərbaycan dövləti tərəfindən heç bir təzyiq və ya zorakılıq halları olmadan bölgəni tərk edib. Buna sübut olaraq Rusiya sülhməramlılarının bütün bu olayları müşahidə etməsi və hadisələrə müdaxilə etməməsidir. Zira ermənilərin və Avropa siyasilərinin iddia etdikləri etnik təmizləmə cəhdləri olsa idi, Rusiya mütləq hadisələrə mudaxilə edərdi. Yeri gəlmişkən Rusiya bu gün də ermənilərin Qarabağa təhlükəsiz qayıdışına təminat verməyə hazır olduğunu bildirir. Avropa Birliyinin keçən ilin noyabrında Azərbaycan hakimiyyətinə ermənilərin Qarabağa qayıdışına şərait yaratmaq, onların təhlükəsizliyinə təminat verilməsi ilə bağli məsələyə gəlincə bu Azərbaycanın irəli sürdüyü bəlli şərtlər müqabilində baş tuta bilər”. 

Politoloqun sözlərinə görə, Azərbaycan Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının vətəndaş hüquqlarına o konteksdə təminat verə bilər ki, onlar əvvəla gerçəkdən vətəndaş olsunlar:

“İkincisi isə onların bu müddət ərzində Azərbaycan dövlətinə, onun vətəndaşlarına qarşı hərəkətlərində cinayət tərkibli əməllər olubsa, onlar qanunvericiliyin tələb etdiyi qaydalar çərçivəsində məsuliyyətə cəlb olunacaqlar və bir çoxlarını da düşündürən məhz elə bu tələbdir. Nəhayət münaqişənin digər qütbü olan Ermənistan bu halda beynəlxalq birlik qarşısında zəmanətli öhdəliklər götürərək zorakılıq nəticəsində Ermənistanı tərk etmiş azərbaycanlı vətəndaşların təhlükəsiz geri qayıtması və reinteqrasiyalarına görə zəmanət verməli, müvafiq öhdəliklər götürməlidir. Əlbəttə bütün bunlar proseslərə nəzarəti həyata keçirəcək sülhməramlı qüvvələrin iştirakı, onların vasitəçiliyi ilə baş tuta bilər. Azərbaycanın regionun təhlükəsizlik problemlərinin həllinə 3+2 formatında önəm verdiyini nəzərə alsaq, sülhməramlıların hərbi kontingentinin tərkibi elə region dövlətlərinin birgə iştirakı ilə formalaşa bilər”.

Oğuz

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı