Beynəlxalq tədbirdə Azərbaycanın Afrika qitəsinə dəstəyi xüsusi vurğulandı

Siyasət 16:17 22.02.2024

Fevralın 20-21-də Azərbaycanın dəstəyi ilə Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Afrika İttifaqının mənzil-qərargahında Afrika Qitəsi Azad Ticarət Zonası haqqında Sazişin icrası və Afrikanın ticari-iqtisadi inteqrasiyasının həyata keçirilməsi ilə bağlı hibrid formatda təlim proqramı təşkil olunub. 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Ednews-a bildirilib ki, təlimdə Afrika ölkələrini təmsil edən 100-dən çox səfir, yüksəkvəzifəli diplomatlar və müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər. 

Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi və Afrika İttifaqına bağlı olan Afrika Potensialın Gücləndirilməsi Fondu (APGF), həmçinin Afrika İttifaqı Komissiyasının təşkilatçılığı ilə həyata keçirilən proqramın əsas məqsədi Afrika Qitəsi Azad Ticarət Zonası haqqında Sazişin icrasının sürətləndirilməsi üçün təlim iştirakçılarını müvafiq bilik və bacarıqlarla təmin etmək olub. 
Təlim proqramının rəsmi açılış mərasimində çıxış edən Afrika İttifaqının iqtisadi inkişaf, ticarət, turizm, sənaye və minerallar üzrə komissarı Albert Muçanqa, APGF-nin icraçı katibi Mamadu Biteye, BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının nümayəndəsi Stiven Karingi, eləcə də proqram iştirakçıları təlimin əhəmiyyətini vurğulayaraq baş tutması, o cümlədən Afrika İttifaqı Xarici İşlər Nazirləri Şurasının 2022-ci il 3 fevral tarixli 1160 saylı qərarının icrası üçün göstərilmiş dəstəyə görə Azərbaycana təşəkkür ediblər. 

AİDA-nın rəisi Elməddin Mehdiyev açılış nitqində Azərbaycanın Afrika dövlətləri və Afrika İttifaqı ilə əməkdaşlıq münasibətlərinin, dostluq əlaqələrinin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verdiyini, Afrika dövlətlərinin dayanıqlı inkişafının təmin olunması naminə qitə ölkələri tərəfindən həyata keçirilən fəaliyyətləri dəstəklədiyini vurğulayıb. Bu çərçivədə Azərbaycanın xüsusilə Qoşulmama Hərəkatına sədrliyi, eləcə də pandemiya dövründə Afrika ölkələrinə humanitar və inkişaf məqsədli yardımlar göstərdiyi, ümumilikdə 54 Afrika ölkəsindən 53-nün müxtəlif illərdə ölkəmizin yardımlarından faydalandığı vurğulanıb. 

Afrika İttifaqı Komissiyasına ev sahibliyi edən Efiopiyanın media subyektləri tədbirə böyük maraq göstərib, o cümlədən FANA televiziya kanalı tədbirin açılışını canlı yayımlayaraq Azərbaycanın dəstəyini vurğulayıb. 

Təşkilatçıların dəvəti ilə Azərbaycanın İqtisadiyyat Nazirliyinin azad ticarət zonaları üzrə mütəxəssisi Həsən Əliyev tədbirdə təlimçi qismində iştirak edib. 

Təlimin bağlanış mərasimində ölkəmizin Efiopiyadakı səfiri və Afrika İttifaqı yanında nümayəndəsi Ruslan Nəsibov həyata keçirilmiş proqramın Afrika qitəsinin birliyini, həmrəyliyini, inkişafını nəzərdə tutan azad ticarət sazişinin icrasının sürətləndirilməsi baxımından faydalı olacağına əminliyini ifadə edib. Azərbaycanın Afrika qitəsinin tərəqqisini daim dəstəklədiyi, bu çərçivədə 2030 və 2063 gündəliklərinin icrası üçün göstərilən beynəlxalq səylərə mümkün töhfələr verməyə davam edəcəyi nəzərə çatdırılıb. 

Qeyd edək ki, Afrika Qitəsi Azad Ticarət Zonası haqqında Saziş 2018-ci ildə imzalanıb və 2019-cu ilin mayında qüvvəyə minib. İndiyədək Sazişi biri xaric olmaqla, bütün Afrika ölkələri imzalayıb və artıq 46 ölkə tərəfindən ratifikasiya olunub. Qitədaxili ticarətin inkişafı məqsədini daşıyan sözügedən Saziş Afrika qitəsində 1,2 milyard insanı əhatə edən nəhəng bazarın qurulmasını hədəfləyir. 

“Euronews” telekanalı Azərbaycandakı mina problemindən danışdı

Xəbər xətti

"Azərbaycan və Ermənistan arasında sülhün möhkəmlənməsinə töhfə verməyə hazırıq"
12:00 22.04.2025
Sabah Cəlilabadın bəzi küçələrində qaz olmayacaq
11:55 22.04.2025
Aşıq Ələsgərin vəfatının 100 illik yubileyi UNESCO-nun tədbirlər proqramına daxil edilib
11:40 22.04.2025
Pakistanın Baş naziri Türkiyə Prezidenti ilə görüşəcək
11:36 22.04.2025
Gənclər Forumunda mina qurbanları ilə bağlı platforma təqdim edilib
11:30 22.04.2025
Roma Papasının vəfatı ilə bağlı Müqəddəs Məryəm katolik kilsəsində başsağlığı kitabı açılıb
11:25 22.04.2025
42 yaşlı kişi kanalda boğulub
11:24 22.04.2025
Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb
11:20 22.04.2025
Görkəmli rəssam Mirzə Qədim İrəvaninin irsi Bişkekdə sərgidə təqdim olunur
11:08 22.04.2025
Hesablama Palatası Milli Məclisdə hesabat verir
11:00 22.04.2025
Leyla Əliyeva VKP Mərkəzi Komitəsinin Baş katibinin xanımı ilə görüşüb
11:00 22.04.2025
Sahibsiz itlər məktəblinin ayağını dişlədilər
10:59 22.04.2025
İsraildə köpəkbalığı hücumu: Bir nəfər itkin düşüb
10:54 22.04.2025
Bakıda iki qız itkin düşdü
10:51 22.04.2025
Azərbaycan duru bitki yağı və marqarin istehsalını artırıb
10:46 22.04.2025
Norveç kraliçası xəstəxanaya yerləşdirildi
10:35 22.04.2025
Xəzərin cənub-qərb sahilində quşların trofik və biotopik əlaqələrinə dair tədqiqatlar aparılır
10:31 22.04.2025
ATƏT-in Baş katibi Gürcüstana səfərə gəlib
10:27 22.04.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi fəaliyyətə başlayıb
10:21 22.04.2025
Tullantı sularının təmizlənməsində mühüm yeniliyə imza atılıb
10:17 22.04.2025
Türkiyənin “Biznes diplomatiyası” jurnalında Azərbaycanın iqtisadi imkanları barədə məqalə dərc edilib
10:12 22.04.2025
Çində dünyanın ən böyük amfibiya təyyarəsi istifadəyə verilib
10:05 22.04.2025
Qlobal Cənub ölkələri dünya arenasında yeni qüvvə formalaşdıracaq
10:00 22.04.2025
Lamin Yamal “Laureus” mükafatına layiq görülüb
09:57 22.04.2025
Çin-Qazaxıstan sərhədində 4,6 maqnitudalı zəlzələ olub
09:54 22.04.2025
"Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı daxilində əlaqələndirici rola malikdir "
09:50 22.04.2025
Cənubi Koreya dördüncü kəşfiyyat peykini orbitə çıxarıb
09:47 22.04.2025
Ozan Akbaba Qarabağdan danışdı
09:42 22.04.2025
Orlando hava limanında təyyarə yanıb
09:40 22.04.2025
Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Rəssamlıq Akademiyası arasında memorandum imzalanıb
09:37 22.04.2025
Əlcəzairdə nəsli kəsilmiş sayılan “Amyas” hepardı yenidən görünüb
07:56 22.04.2025
"Türkiyə telekommunikasiya peykləri istehsal edən 11 ölkə arasında yer alır"
07:08 22.04.2025
Bu gün Beynəlxalq Yer Günü kimi qeyd olunur
00:01 22.04.2025
İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək
16:40 21.04.2025
ABŞ-ın vitse-prezidenti Hindistana gedib
12:51 21.04.2025
Nyu-Delhidə yaşayış binası çöküb
12:40 21.04.2025
Azərbaycan stolüstü tennisçiləri Bosniya və Herseqovinadakı turnirdə iştirak edəcəklər
12:37 21.04.2025
İmişlidə bir məktəbin 23 şagirdi buraxılış imtahanında 200-dən çox bal toplayıb
12:29 21.04.2025
Oğuzda cücə ferması yanıb
12:21 21.04.2025
MEDİA-nın səkkizinci könüllülük proqramı başlayıb
12:14 21.04.2025
Hamısı