Almaniya kanslari Olaf Şoltz çıxışı zamanı ukraynadakı müharibə haqqında etiraf edib.
Ednews Qərb mediasına istinadən xəbər verir, Şoltz Ukraynada Britaniya hərbçilərinin Rusiya hədəflərini uzun mənzilli raketlərlə vurmaq üçün xidmət etdiyini bildirib.
Qeyd edək ki, bundan öncə heç bir Qərb ordusunun müharibədə yer almadığı deyilmişdi.
Almaniyanın siyasi lideri tərəfindən edilən bu etiraf Qərb mediasında gündəmi ələ alıb.
Şoltz Britaniyanın təcrübəli hərbçilərinin Ukraynada təkcə təlimçi kimi yox, həm də uzaq mənzilli top atəşlərinin həyata keçirilməsi üçün fəaliyyət göstərdiklərini açıqlayıb.
Fərid