Berlində Azərbaycan-Ermənistan görüşü – Sülh, Zəngəzur dəhlizi... – ŞƏRH

Siyasət 12:35 01.03.2024

Berlində Azərbaycan-Ermənistan Xarici İşlər nazirləri arasında müzakirələrin ikinci raundu keçirilib. 8 kəndin azad edilməsi və Zəngəzur dəhlizinin açılması ilə bağlı tərəflər arasında müzakirələrin hansı mərhələdə aparıldığı ehtimalı var?

Mövzu ilə bağlı Ednews-a açıqlamasında politoloq Tural İsmayılov bildirdi ki, Qərb uzun müddətdir bölgədə müharibə hazırlıqları aparmaq istəyir. Konkret olaraq Fransanın rəhbərliyi altında Ermənistan ciddi şəkildə Azərbaycan əleyhinə qızışdırılır: 

“Ermənistana Fransadan müxtəlif təxribatçı, təhrikedici dəstəklərin göstərilməsi, həmçinin sonuncu olaraq Fransa müdafiə nazirinin Ermənistanla hansısa anlaşma imzalaması və burada bölgə ilə bağlı təhdidkar bəhs etməsi, bütün bunların fonunda Avropa İttifaqı missiyası adı altında Ermənistan ərazilərində Qərb şəbəkəsinin ciddi şəkildə koordinasiya edilməsi regionda oynanılan təhlükəli oyunları göstərir. Belə olan təqdirdə bölgədə uzunmüddətli sülh və sabitlik mümkün olmur. Əslində sülh və sabitlik buradakı regional layihələrin dirçəlməsinə, eyni zamanda yeni əməkdaşlıq platformalarının yaranmasına səbəb ola bilər. Bunu yaxşı başa düşən qərb burada Rusiya, Türkiyə, Çinin Azərbaycanın önəmli iqtisadi layihələr və yeni alternativ layihələrlə dirçəlməsini həzm etmək istəmir. Bu səbəbdən də Ermənistanı qızışdıraraq bölgədə regional layihələri sabotaj etməyə çalışır. Bu baxımdan da düşünürəm ki, qərbin bütün addımları Ermənistanı növbəti dəfə savaşa sürükləmək deməkdir və baş verən tendensiyalar da göstərir ki, bu çox təhlükəli bir oyundur. Ümumiyyətlə, Ermənistanın öhdəsinə götürdüyü öhdəliklər var. Bunların içərisində də Azərbaycanın anklav kəndlərini qaytarmaqla bağlı təbii ki, ortada konkret mövqe var”.

Politoloq hesab edir ki, bütövlükdə delimitasiya komissiyalarının bundan sonrakı görüşləri, eyni zamanda, Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesinin gələcək taleyi Azərbaycanın anklav kəndlərinin vəziyyətindən birbaşa asılı olan bir məsələdir: 

“İki ölkə arasında əgər münasibətlərin normallaşmasından danışırıqsa, gələcək perspektivlərdən söhbət gedirsə, baxmayaraq ki, qərb Ermənistanı müharibəyə hazırlaşdıraraq vəziyyətin gərgin olmağına çalışır. Şanslar və imkanlar hələ də tükənməyib. Baxmayaraq ki, Ermənistan sırf hərbi ritorikadadır, müharibəyə fokslanıb. Amma Azərbaycanın kəndləri də əlbəttə, Azərbaycana qaytarılmalıdır. Bu gün Ermənistan özü aktiv şəkildə qərb və Fransa tərəfindən savaş psixologiyasına fokuslansa da, indi erməni ictimai rəyində və dünya mediasında fərqli bir vəziyyət yaradaraq vəziyyəti tamam başqa cür izah etməyə çalışır ki, bu iddiaların da hesab edirəm heç bir real əsası yoxdur və ola da bilməz. Amma Ermənistan Azərbaycanın anklav kəndlərini Azərbaycana qaytarmalıdır. Yəni, bu normal danışıqlar fonunda baş verməsə əlbəttə ki, bizim hər an hərbi yolla ərazi bütövlüyümüzü bərpa etmək hüququmuz var”.

Oğuz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Sinxua" agentliyi Azərbaycanda ipəkçiliyin dirçəlişindən yazıb
15:58 05.06.2025
"Azad olunmuş ərazilərdə biznes qurmaq üçün 10-dan çox Çin şirkəti müraciət edib"
15:52 05.06.2025
Ümumdünya Şəhərsalma Forumunun Təşkilat Komitəsi yaradıldı
15:13 05.06.2025
Azərbaycan biznesi istilik təchizatı sektoruna maraq göstərəcəkmi?
14:55 05.06.2025
Paşinyan Oskanyanı quldur adlandırdı
14:26 05.06.2025
Dəmir yolları gücləndirilmiş rejimdə işləyəcək
13:36 05.06.2025
“Azercell” danışıq tarifləri ilə bağlı yeni açıqlama verdi
13:19 05.06.2025
FTB Vaşinqton ştatında nasist simvolları aşkarladı
13:11 05.06.2025
Moskva Tehran və Vaşinqtonun nüvə danışıqlarına qoşula bilər
13:03 05.06.2025
Azərbaycan XİN Danimarkanı təbrik edib
12:44 05.06.2025
Böyük investorlar ABŞ bazarını tərk edirlər
12:26 05.06.2025
Almaniya hərbçilərinin sayını artırır
12:25 05.06.2025
Tacikistan Prezidenti MDB ölkələrini iqtisadi əməkdaşlığı fəallaşdırmağa çağırdı
12:16 05.06.2025
"Aİ dialoqa başlamaq xahişlərimizə kobud bəyanatlarla cavab verir"
12:12 05.06.2025
"McDonald's Azərbaycan" Qarabağ Universitetinin tələbələrinə təqaüd ayıracaq
11:20 05.06.2025
"E-ahik" elektron informasiya sistemi istifadəyə verilib
11:17 05.06.2025
"Arsenal" dörd futbolçusu ilə vidalaşdı
11:14 05.06.2025
AMB-nin Banklararası Kart Mərkəzinin ötənilki fəaliyyəti açıqlanıb
11:02 05.06.2025
İcra Hakimiyyətinin şöbə müdirinə elektron qolbaq taxıldı
10:42 05.06.2025
UNEC-də Beynəlxalq Elmi Konfrans keçiriləcək
10:38 05.06.2025
"Neftçi" sabiq PSJ-linin transferini açıqladı
10:25 05.06.2025
Ronaldo Portuqaliyanı Finala çıxardı
08:55 05.06.2025
Space Forge: Kosmosda Yarımkeçirici Materialların İstehsalı üçün Startap 30 Milyon Dollar Yığdı
08:41 05.06.2025
Rusiya Ukraynadan qisas aldı
08:36 05.06.2025
Fırıldaqçılar Böyük Britaniyanın vergi xidmətindən külli miqdarda pul oğurlayıblar
08:24 05.06.2025
Rusiyada məşhur xəbər agentliyinin ofisində AXTARIŞLAR BAŞLADI: Saxlanılanlar var
08:23 05.06.2025
Paşinyan II Qaregindən cavab gözləyir
08:14 05.06.2025
Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün Qonağı Olacaq
07:50 05.06.2025
Black Caspian Logistics and Trading” şirkətlər qrupu Omanla əməkdaşlığı genişləndirir
07:23 05.06.2025
12 ölkənin vətəndaşlarına ABŞ-yə giriş qadağan edildi
01:33 05.06.2025
ABŞ BMT TŞ-nın Qəzzayla bağlı qətnaməsinə veto qoydu
00:18 05.06.2025
Mikayıl Müşfiq — Azərbaycan poeziyasının böyük siması
00:01 05.06.2025
Eminem "Meta"-nı məhkəməyə verdi
19:35 04.06.2025
Mark Karni ABŞ-nin yeni tariflərini qeyri-qanuni adlandırıb
18:20 04.06.2025
Putin Bryansk və Kursk vilayətlərində qatarın partladılmasını terror aktı adlandırıb
17:39 04.06.2025
Bolqarıstan Avroya keçir
17:38 04.06.2025
"Putin Rusiyanın aerodromlarına edilən hücumlara cavab verəcək"
17:28 04.06.2025
Səudiyyə Ərəbistanı Avropa üçün neft qiymətlərini artıracaq
16:23 04.06.2025
"Səudiyyə Ərəbistanı OPEC+ kvotalarının davamlı surətdə artırılmasını istəyir"
15:26 04.06.2025
BAMF yerli QHT-lərə dəstək məqsədilə yeni layihənin icrasına başlayıb
12:33 04.06.2025
Hamısı