Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə növbəti görüşün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəlinib.
Ednews xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər, həmçinin Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırmasını ən qısa zamanda başa çatdırmaq barədə sövdələşiblər.