Alman kəşfiyyat xidmətləri rusiyalı siyasətçi Aleksey Navalnının dul arvadı Yuliya Navalnayanı mühafizə edir.
Ednews xəbər verir ki, bu barədə RT Yuliya Navalnayaya yaxın mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, 2021-ci ilin fevral ayından Almaniyanın o zamankı kansleri Angela Merkelin əmri ilə Almaniya polisinin xüsusi təyinatlı qüvvələrinin agentləri onu qorumağa başlayıb.
Qeyd edək ki, Rusiyalı müxalifətçi, Aleksey Navalnı ötən ay Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında ölüb. Onun qan laxtalanmasından (tromb) vəfat etdiyi bildirilib.
2023-cü ilin avqustunda Navalnıya xüsusi rejimli koloniyada 19 il həbs verilib. Müxalifətçi ona qarşı irəli sürülən bütün ittihamları siyasi adlandırıb.