Macarıstanın baş naziri Viktor Orban parlamentdə çıxışı zamanı bildirib ki, Rusiya Avropaya təhdid yaratmır.
Ednews Rusiya mətbuatına istinadən verir ki, baş nazir bunları deyərkən həm də Rusiya ilə Ukrayna arasında bufer zona yaradılmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, Orban bununla da müharibənin sülh müqaviləsi ilə nəticələnməyəcəyini düşündüyünü bildirib.
Macarıstanın Ukrayna müharibəsində siyasi rolu indiyə qədər bir çox Qərb dövlətlərində ölkənin Moskva ilə işbirliyində olması ilə bağlı şübhə yaradıb.
Xəbərə görə, baş nazir Avropa dövlətlərindən məsələyə praqmatik yanaşmasını tələb edib. Onun sözlərinə görə, bufer zona yaradılmasa ukraynalılar öz ölkələrini tamamilə itirə bilər.
Fərid