İsrail höküməti Qəzza müharibəsini digər ərazilərdə genişləndirməyi planlaşdırdığını bildirib.
Ednews Ərəb mediasına istinadən xəbər verir ki, İsrail HƏMAS-a xəbardarlıq edərək müharibənin digər şəhərlərə də yayıla biləcəyini iddia edib.
İsrail höküməti bununla bildirib ki, əgər HƏMAS döyüşçüləri təslim olmasa Hizbullaha və eləcə də HƏMAS-a qarşı aparılan hərbi əməliyyatlar ümumi Fələstin ərazisində baş tuta bilər.
Israil Müdafiə Naziri Yuav Qallant bu barədə bildirib ki, İsrail regonda kontrolu tamamilə əlinə almaq üçün Qəzza şəhərindən kənarda da əməliyyatlar apara bilər.
Fərid