Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin 24news kanalına müsahibəsində ermənilərin Qarabağ qayıtması haqqında danışıb.
Ednews xəbər verir ki, o Rusiya sülməramlılarının Qarabağı tərk etməməsini münaqişənin hələ bitməyi ilə əlaqələndirib:
"Rusiya hesab edir ki, ermənilərin öz vətənlərində, Qarabağda tarixi vətənlərində yaşamaları vacibdir. Rusiya sülhməramlılarının orada olmasının səbəbi də budur. Mənim üçün onların orada qalmaları bu məsələnin bitmədiyini və erməni Qarabağ sakinlərinin geri qayıtmaq hüququnun bəlli olduğunu sübut edir.
Bizim kontingentimizin orada [Qarabağda] saxlanılması [ermənilərin qaytarılması] da bu məsələni təsdiqləyir. Mən belə başa düşürəm ki, bu Azərbaycan tərəfindən də rədd edilmir".
Fərid