Fransa Çindən Rusiya-Ukrayna müharibəsi ilə bağlı rəsmi açıqlama gözlədiyini açıqlayıb.
Ednews Fransa mediasına istinadən xəbər verir ki, rəsmi Paris Pekindən Ukrayna müharibəsi ilə bağlı dəqiq münasibət tələb edib.
Çinin Rusiya ilə yaxın münasibətləri Qərb ölkələrini narahat edən məsələlərdən biri olub. Bununla bağlı Çinə müraciət edən Fransa tərəfi ölkənin dəqiq olaraq Rusiyanı dəstəkləyin dəstəkləmədiyini cavablandırmağı tələb edib.
Fransanın Xarici İşlər Naziri Stefan Sejorn çinli həmkarına bildirib ki, Çinin Avropa ilə münasibətlərini dəqiqləşdirməsi potensial müharibənin qarşısını almağa kömək edə bilər.
Fərid