Müzakirə mövzuları arasında Ukraynadakı müharibə və alyansın növbəti baş katibi məsələsi, həmçinin Vaşinqton müqaviləsinin imzalanmasının 75-ci ildönümü var.
Ednews xarici mediaya istinadən xəbər verir ki,
Brüsseldə NATO xarici işlər nazirlərinin ikigünlük görüşü başlayır. Görüş xüsusilə Vaşinqton müqaviləsinin imzalanmasının 75-ci ildönümünə təsadüf edir. Müzakirə mövzuları arasında Ukraynadakı müharibə və alyansın növbəti baş katibi məsələsi var. Polşanı xarici işlər naziri Radoslav Sikorski təmsil edir.
Görüşdə Parisdən Brüsselə gələn ABŞ dövlət katibi Antoni Blinken iştirak edəcək. Blinken Fransa paytaxtına səfəri zamanı prezident Emmanuel Makron və müdafiə naziri Sebastien Lecornu ilə görüşüb. Onun sözlərinə görə, Ukrayna “kritik anda”dır və silah təchizatı çox zəruridir.
Dəniz Pənahova