"Vardanyanın Nobel Sülh Mükafatına namizədliyi Bakıya təzyiq cəhdidir".
Ednews xəbər verir ki, bu sözləri "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko "news.ru" nəşrinə açıqlamasında söyləyib. Onun fikrincə, bu cür mesajlar Azərbaycanın məhkəmə orqanlarına təzyiq cəhdindən başqa bir şey deyil.
"Vardanyanın tarixçəsi beynəlxalq terrorizmin maliyyələşdirilməsi kimi ciddi ittihamlarla doludur. Çoxsaylı sübutlar göstərir ki, o, cinayətkardır və bu, təkcə Azərbaycana qarşı edilənlərə görə yox, beynəlxalq ədalət baxımından cinayətkardır. Adı açıqlanmayan şəxslərin onu sırf sülhpərvər və ya xeyriyyəçi kimi qələmə vermək cəhdləri nəzərə alınmamalıdır".
Əkbər Novruz