"Ukraynalılara layiq olduqları dəstəyi versək, bu müharibədə qalib gələ bilərlər" - Böyük Britaniyanın xarici işlər naziri Kameron bildirib.
Ednews xəbər verir ki, onun sözlərinə görə, "Belə təhlükəli dövrlərdə Böyük Britaniya ilə ABŞ arasındakı sıx ittifaq Ukraynaya Rusiyaya qarşı müharibədə qalib gəlməyə kömək etmək üçün vacibdir."
İngiltərə və ABŞ Rusiya Federasiyasının dondurulmuş suveren aktivlərinin Kiyevə verilməsi məsələsində irəliləyiş əldə etdilər, layihəni iyun ayında G7 sammitində təqdim edəcəklər.