"Uzun illər İran və İsrail xalqlarının taleyinin bir-birinə qarışdığını söylədim. Ortaq bir sülh xəyalımız var".
Ednews xəbər verir ki, bu sözləri İranın hakimiyyətdən devrilmiş sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi tviter səhifəsində yazıb.
O, daha sonra qeyd edib:
"Ortaq düşmənimiz tərəfindən əlimizdən alındı İslam Respublikası. Bu rejim həm İran, həm də İsrail üçün ekzistensial təhlükədir və hakimiyyətdə olduğu müddətdə belə qalacaq".