Avropa və Şimali Amerikanın enerji və informasiya təhlükəsizliyi təhdid altındadır.
Ednews The Telegraph-a istinadən xəbər verir ki, dövlətlərarası kommunikasiya sistemlərinin 90%-i okeanların altında yerləşir.
Xəbərə görə, NATO-nun hərbi dəniz donanmasının komandiri Adm Didier bildirib ki, Rusiya son illərdə özünün sualtı hərbi potensialını olduqca gücləndirib. NATO və Rusiya arasında baş verə biləcək hibrid müharibə zamanı Moskva bu sualtı informasiya sistemlərini zədələyə bilər.
Adm Didierin sözlərinə görə Rusiya Ukraynada müharibəyə başlayandan bəri sualtı hərbi gəmilərin fəaliyyətini artırıb. Buna görə də NATO müttəfiqləri dəniz və okeanlarda daha aktiv hərbi fəaliyyət aparmaq üzrə işlərə start verəcək.
90%-dən çoxu suyun altında yerləşən intrnet kabelləri Rusiyanın hərbi sualtı qüvvələri qarşısında müdafiəsiz qalıb.
Fərid