"Azərbaycanın üzləşdiyi mina problemi insanların sağlamlığına, ətraf mühitə təhlükə yaradır və regionun inkişafı səylərinə mənfi təsir göstərir".
Ednews xəbər verir ki, bunu Azərbaycan minalardan təmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Cenevrədə Milli minaya qarşı xidmət rəhbərləri və Birləşmiş Millətlər Təşkilatının müşavirlərinin 27-ci Beynəlxalq görüşü çərçivəsində keçirilən panel müzakirəsində deyib.
Agentlik rəhbəri işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin və onun nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb.