Bu gün, aprelin 16-da Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə şifahi dinləmələr davam edir.
Ednews xəbər verir ki, aprelin 19-dək Beynəlxalq Məhkəmə hər iki tərəfin şikayətinə iki mərhələdə baxacaq.
Ermənistanın mövqeyini hazırda Yeğişe Kirakosyan təmsil edir.
Xatırladaq ki, dünən sessiya Azərbaycan tərəfindən, xarici işlər nazirinin müavini Elnur Məmmədov iştirak edib.
Ötən günki çıxışa əsasən, Ermənistanın təqdim etdiyi şikayət məhkəmənin yurisdiksiyasına aid olmadığı üçün rədd edilməlidir.
Dinləmələni canlı olaraq aşağıdakı link vasitəsilə izləyə bilərsiz: